İsrail Qəzzadan atılan raketlərin qarşısını "Sehrli çubuq"la alır

İsraillə Fələstin muxtariyyəti arasında vəziyyət yenə gərginləşib. Artıq bir neçə gündür ki, tərəflər bir-birinə zərbələr endirirlər.

Stoprnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fələstin tərəfindən zərbələrin qarşısını almaq üçün “Tsaxal”, Qəzza zolağından İsrailin mərkəzinə atılan raketlərin qarşısını almaq üçün isə ilk dəfə olaraq “David's Sling” (“Davidin sapandı”) adlanan zenit-raket kompleksindən istifadə edilib.

Qeyd edək ki, kod adı "Sehrli çubuq" olan müdafiə sistemi 2016-cı ildə İsrail ordusu tərəfindən inventara qəbul edilib. Bu kompleksin hər bir kəsici raketinin qiyməti 1 milyon dollardır.

Stopnarkotik.az