Qəzzadakı liman İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən nəzarətə götürülüb. Bu barədə noyabrın 16-da ordunun mətbuat xidməti məlumat yayıb.
“Son günlərdə birgə əməliyyat zamanı 188-ci Zirehli Briqada və 13-cü Donanmanın əsgərləri HƏMAS terror təşkilatının nəzarətində olan Qəzza zolağı limanına operativ nəzarəti ələ keçirib”.
Mətbuat xidmətinin məlumatına görə, 10 tunel dağıdılıb, təxminən eyni sayda da silahlı məhv edilib. Liman ərazisindəki bütün binalar da silahlılardan təmizlənib.
İDF bildirib ki, Həmas limandan dənizdəki terror hücumlarını planlaşdırmaq və həyata keçirmək məqsədilə dəniz komandoları üçün təlim bazası kimi istifadə edib. Mülki liman pərdəsi altında HƏMAS bu ərazidən təlim keçmək və mülki gəmilərdən istifadə edərək, terror aktları həyata keçirmək üçün istifadə edib.