İsrail blokada altındakı Qəzza zolağında HƏMAS tərəfindən əsir götürülən qadın hərbçini quru əməliyyatı ilə xilas etdiyini açıqlayıb.
Bu barədə İsrail Ordusu və daxili kəşfiyyat təşkilatı Şin-Betin (Şabak) birgə yaydığı məlumatda bildirilir.
Məlumata görə, oktyabrın 7-də HƏMAS tərəfindən əsir götürülən Ori Megidişin xilas edilib. Açıqlamada əsgərin vəziyyətinin yaxşı olduğu qeyd edilib.
Hazırda HƏMAS əsirliyində 239 nəfərin olduğu bildirilir.