İsrail mediası SEPAH-ın gizli bölməsini ifşa edib. Stopnarkotik.az xəbər verir ki, İsrailin ingilisdilli “I24” kanalı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni məxfi bölməsi – “700-cü dəstə”nin fəaliyyətinin ifşası ilə bağlı xəbər yayıb.
Məlumata görə, məxfi bölməyə İran, Suriya və Livanda yüksək vəzifəli şəxslərlə yaxın əlaqələri olan Sepah-e-Qods-un keçmiş üzvü Qal Fərsat rəhbərlik edir. Qeyd olunub ki, “700-cü dəstə” Livanın İranyönlü hərbi-siyasi təşkilatı “Hizbullah”a və Suriyada İranın nəzarətində olan digər hərbiləşdirilmiş qruplara hərbi texnikanın ötürülməsi funksiyasını daşıyır.
Stopnarkotik.az