İspaniya polisi Santander sahillərində göyərtəsində iki ton kokain olan yelkənli qayığı ələ keçirib.
Stopnarkotik.az xarici mediaya istinadən xəbər verir ki, müsadirə edilən narkotik vasitələrin qara bazarda dəyəri 70 milyon avro məbləğində qiymətləndirilir.
Əməliyyat Böyük Britaniyanın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.
Kokainin İspaniya sahillərinə Cənubi Amerikadan gətirildiyi ehtimal edilir. Yelkənli qayığın dörd ekipaj üzvü saxlanılıb.