İspaniya DÇ-2026-nın qalibi oldu - YENİLƏNİB

İspaniya futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək qızıl medallara sahib çıxıb.

Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıblar.

Qalibiyyət qolu əlavə vaxtda vurulub. 106-cı dəqiqədə Ferran Torres qapını dəqiq nişan alıb.

Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu olub.

Qeyd edək ki, üçüncü yer uğrunda matçda İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gəlib.

01:46

Futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda hesab açılıb.

Stopnarkotik.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmanın 106-cı dəqiqəsində İspaniya qola sevinib.

Ferran Torres qapını dəqiq nişan alıb - 1:0.

Qeyd edək ki, matçda əlavə vaxt oynanılır.

01:22

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda əlavə vaxt başlayıb.

Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapılara qol vurulmayıb - 0:0.

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Burada da qələbə qazanan tərəf olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.

Argentina seçməsi qarşılaşmanı 10 nəfərlə davam etdirir. Enzo Fernandes 90+3-cü dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanıb.

01:20

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda əsas vaxt başa çatıb.

Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapılara qol vurulmayıb - 0:0.

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da qələbə qazanan tərəf olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.

Argentina seçməsi qarşılaşmanı 10 nəfərlə davam etdirir. Enzo Fernandes 90+3-cü dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanıb.

00:23

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda ikinci hissə başlayıb.

Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

19 iyul, 23:56

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda ilk hissə bitib.

Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapıları qol vurulmayıb.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

19 iyul, 23:06

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyunu başlayıb.

Final matç Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.