İsmayıllıda yeniyetmədən hədə-qorxu ilə pul tələb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, bu barədə zərərçəkənin valideyni polisə müraciətində bildirib. Onun sözlərinə görə, 2 nəfər övladının mobil telefonunu sosial şəbəkəyə daxil olmaq adı ilə alıblar və geri qaytarmaq qarşılığında pul tələb ediblər.
İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Lətif Məhəmmədəli və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər.