İsmayıllı rayonunun Quşencə kəndi ərazisində odlu silah tapılması barədə polisə məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat və daraq aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib.
Araşdırmalar aparılır.