Azərbaycan Avropaya qaz nəqli üçün İsrailin infrastrukturuna qoşula bilər. Stopnarkotik.az bu barədə xəbər verir. “Azərbaycan prezidenti Əliyev Avropaya qaz tədarükü üçün İsrailin qaz sənayesinə inteqrasiyada maraqlı olduğunu göstərib”, deyə İsrail prezidenti Hersoq mayın 30-31-də Bakıya səfəri kontekstində bildirib.
İsrail 2020-ci ildə qeyri-rəsmi olaraq Avropaya qaz ixrac etməyə başlayıb və tədarük Misirin qaz kəmərinə ötürülüb. Orada emal edilərək, artıq "Misir" qazı kimi Asiya və Avropa ölkələrinə, o cümlədən Türkiyəyə ixrac olunub. 2022-ci ilin iyununda İsrail, Misir və Aİ arasında qaz sektorunda əməkdaşlığa dair memorandum imzalandı. Bu sənəd İsrail ixracatını rəsmiləşdirdi. 2022-ci ilin avqustunda İsrailin Energetika Nazirliyi Aİ-yə ixracı artırmaq planını açıqladı. 2022-ci ilin birinci yarısında tədarüklər artıq 35% artaraq 4,59 milyard kubmetrə çatıb. 2023-cü ilin martında Baş nazir Netanyahu Kipr vasitəsilə Aİ-yə tədarükləri artırmaq və sonradan İtaliyaya, oradan isə digər Avropa ölkələrinə ixrac etmək niyyətini açıqladı.
Stopnarkotik.az