İrəvanın sabiq vitse-merinə qarşı cinayət işi başlanılıb

İrəvanın sabiq vitse-meri Vahe Nikoyana qarşı cinayət işi başlanılıb.

Stopnarkotik.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə böyük miqyasda rüşvət almaqda ittiham edilir. Bu ilin fevralında məhkəmə Nikoyanın qanunsuz əldə etdiyi əmlakın müsadirə edilməsi ilə bağlı iddianı icraata qəbul edib.