İrəvandan Kamil Zeynallı haqda yeni açıqlama

“Azərbaycanlı idmançı Rusiyada saxlanılan zaman bizə məlumat verildi, sorğu göndərildi”. 

Bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan jurnalistlərə açıqlamasında deyib.

Erməni nazir azərbaycanlı idmançı Kamil Zeynallının Rusiyada İrəvanın tələbi ilə saxlanılması, daha sonra azad edilməsinə münasibət bildirib:

“Prosedur belədir, Ermənistanın axtarışa verdiyi şəxs saxlanılanda bizə sorğu göndərilir, məlumat verilir. Biz də həmin şəxsi axtarışa verib-vermədiyimizi rəsmi şəkildə bildiririk. Azərbaycanlı idmançı saxlanılanda Rusiya bizə sorğu göndərdi, biz də elə həmin gün cavabladıq. Həmçinin axtarışa verdiyimiz başqa şəxslər də var ki, onları həbs edib, sonra azadlığa buraxıblar. Rusiya buna da cavab verməlidir”./globalinfo.az