İrəvanda hökumətə qarşı kütləvi etiraz aksiyası keçirilir

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hökumət binasının bilavasitə yaxınlığında yerləşdiyi meydana artıq 2 mindən çox insan toplaşıb. 

Toplananlar hökumət əleyhinə şüarlar səsləndirir, ölkə rəhbərliyini və şəxsən baş nazir Nikol Paşinyanı onların siyasətinin Qarabağda hazırkı vəziyyətə gətirib çıxarmaqda günahlandırırlar.

Hökumət binasının mərkəzi girişi ilə üzbəüz polislər bir neçə cərgəyə düzülüb.