Pakistan Silahlı Qüvvələri İranla sərhəddə terror hücumu nəticəsində iki sərhədçisinin öldürüldüyünü açıqlayıb.
Bu barədə “Təbriz Turan TV” Teleqram kanalı məlumat yayıb.
Hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç bölgəsində baş verib.
Pakistan Silahlı Qüvvələrinin paylaşdığı məlumatda qeyd olunub:
“Bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin postunu atəşə tutub. Terrorçulara qarşı effektiv tədbir görülməsi üçün İran tərəfi ilə lazımi əlaqə qurulur”.