Azərbaycan gömrükçüləri ölkədən tranzit keçməklə İrandan Rusiyaya narkotik vasitəsinin aparılmasının qarşısını alıblar.
Stopnarkotik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, komitənin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kompüter aksesuarları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib.
Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 9 981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.