İrandan Azərbaycana gətirilən 12 tondan çox pestisiddə uyğunsuzluq aşkarlandı - FOTOLAR

İrandan Azərbaycana idxal olunan 12 028 kiloqram pestisiddə uyğunsuzluq aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, "Emulsifiable Oil Aria 80% L" əmtəə nişanlı pestisid məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib. Uyğunsuzluqla əlaqədar məhsullar mənşə ölkəsinə geri qaytarılıb.