İranın repressiyalarla bağlı məxfi sənədləri üzə çıxıb. Stopnarkotik.az xəbər verir ki, sızdırılan dövlət sənədlərinə görə, “Qadın, Həyat, Azadlıq” şüarı altında ümumxalq etirazlarının getdiyi bir vaxtda İran prezidenti İbrahim Rəisi küçə etirazlarını və tələbə etirazlarını yatırmaq üçün dövlət büdcəsindən 10 trilyon tümən (405 milyon 222 min 872 ₼) vəsait ayırmağa razılıq verib.
“Devrilənə qədər qiyam” adlı haker qrupu öz sosial şəbəkələrində İran Silahlı Qüvvələrinin Baş Qərargahı, həmçinin SEPAH-a bağlı Sarallah hərbi birləşməsinin Tehrandakı qərargahının İbrahim Rəisinin ofisi ilə məxfi yazışmalarını əldə edərək dərc edib.
Əldə olunan məxfi sənədlər hələ "Əxlaq" polisi tərəfindən hicaba görə Məhsa Əmini adlı gənc qızın öldürülməsi ilə ötən il dekabrın əvvəlində başlayan kütləvi etirazlarla bağlıdır.
Stopnarkotik.az