İranın Sistan və Bəluçistan əyalətinin Sib və Soran şəhərlərinin polis bölməsinin əməkdaşları ilə naməlum silahlı şəxslər arasında atışma baş verib.
Stopnarkotik.az İran telegram kanallarına istinadən xəbər verir ki, hücum nəticəsində 3 polis əməkdaşı güllə yarası alıb.
Əli Birja Ziba adlı polis əməkdaşı isə xəstəxanaya aparılarkən yolda ölüb.