İranın Mərkəzi əyalətinin Zərəndiyyə şəhərinin Narkotiklərlə Mübarizə İdarəsinin polis rəisi, mayor Rəsul Məhdəvipur qaçaqmalçılarla qarşıdurmada ölüb.
Stopnarkotik.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, polis rəisi avtomobillə qaçaqmalçıları təqib edərkən açılan atəş nəticəsində yaralanıb.
O, Tehranda Vəliəsr xəstəxanasına yerləşdirilib.
Amma R.Məhdəvipurun həyatını xilas etmək mümkün olmayıb.