İranın Kerman əyalətindəki “Bahünər” Universitetində yarıhərbi Bəsic qruplaşmasının bir üzvü məcburi hicaba riayət etməmək bəhanəsi ilə tələbə qıza bıçaqla hücum edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, radikal Bəsic üzvü tələbə qızı 4 bıçaq zərbəsi ilə ağır yaralayıb. Hazırda vəziyyəti ağır olan tələbə qız xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həmin vaxt hicaba görə tələbə qızlara irad tutmaqla məşğul olan universitetin mühafizə xidməti hadisənin qarşısının alınmasına müdaxilə etməyib və tələbələrin özləri Bəsic üzvünün daha çox bıçaq zərbələri endirməsinin qarşısını alıblar.