İranda “Bəsic” qüvvələrinə məxsus daha bir qərargah yandırılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, xalqa divan tutan radikal və yarımhərbi qüvvələrin bu dəfə Ənzəli liman şəhərindəki qərargahı alovlara bürünüb.
Qeyd edək ki, bir neçə gün öncə analoji addım İsfahanda atılıb. İnsanlar bu yolla günahsız üç gənc vətəndaşın edam edilməsinə etirazlarını bildiriblər.