İran İnsan Haqları Təşkilatı ötən ay İran həbsxanalarında ən azı 142 nəfərin edam edildiyini açıqlayıb.
Təşkilatın hesabatına əsasən, bu 2015-ci ildən bəri ən yüksək aylıq göstəricidir.
Qeyd olunub ki, 2023-cü ildə ən azı 307 nəfər edam edilib.
2023-cü ilin ilk 5 ayında edamların sayının ötən ilin eyni dövrü ilə müqayisədə 76% artdığı bildirilib.
Təşkilat edamların artması ilə bağlı beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və İran İslam Respublikasına qarşı daha ciddi tədbirlər görməyə çağırıb.