İran və Suriyanın “qarşısıalınmaz” narkotik ticarəti… - Mövcud rejimlər indi bu sahəyə neft satışından daha çox meyl göstərirlər

Son vaxtlar Suriya bölgədə qaçaqmalçılıq yolu ilə satılan amfetamin tipli stimulant olan “Captagon”un əsas istehsalçısına çevrilib.

İraq rəsmiləri bildirirlər ki, şimal-qərb qonşusu Suriyadan və İrandan narkotik axınının qarşısını almaq üçün göstərilən səylərə baxmayaraq, bu, mümkün olmur.

Məılumata əsasən, sərhədyanı ərazidə xüsusilə də İran və onun Yaxın Şərqdəki proksi-qrupları qeyri-qanuni narkotik ticarəti ilə məşğul olur və böyük həcmdə gəlir qazandıqları, hətta bəzi hallarda neft gəlirlərinin aşdığı üçün bu ticarətdən əl çəkmirlər.

Hərbi və strategiya üzrə analitik Muayyed Salem al-Juhaishi deyir ki, qanunsuz narkotik ticarəti İranla əlaqəli silahlı milislər tərəfindən idarə olunur: “Bu silahlılar İraqda narkotik ticarətinə birbaşa cavabdehdirlər və bu, hazırda onların ən böyük maliyyə mənbələrindən birini təşkil edir".

Müşahidəçilər bildiriblər ki, Kürd bölgəsinə və İraqın qalan hissəsinə daxil olan narkotiklərin əksəriyyəti SEPAH və ya onun tərəfdaşları tərəfindən dəstəklənən silahlı qruplar tərəfindən qaçaqmalçılıq yolu ilə keçirilir.

"Human Rights Watch" Kürdüstan Təşkilatının icraçı direktoru Hoşyar Malo "Əl-Mashareq"ə deyib: “Əsasən İrandan böyük miqdarda narkotik axını var”.

Husilərin də bu oyuna qarışdığına dair artan sübutlar var. SEPAH-ın "Qüds Qüvvələri" qrupu husiləri narkotiklərlə təmin edir və onun adından qanunsuz narkotiklərin dövriyyəsinə qaçaqmalçılar cəlb edir. Husilər “Hizbullah”ın yolundan gedirlər.

Səudiyyənin Cizan, Nəcran və Asir vilayətlərinэ Yəməndən narkotik ötürülməsinin qarşısı dəfələrlə alınıb. Səudiyyənin sərhəd xidmətinin bildirdiyinə görə, Yəmən-Səudiyyə quru sərhədindən qeyri-qanuni narkotik vasitələrin qaçaqmalçılığı üçün SEPAH yəmənliləri və xarici vətəndaşları, o cümlədən efiopiyalıları əməkdaşlığa cəlb edib.

Quru keçidləri vasitəsilə qaçaqmalçılıq

*

Səudiyyə sərhədçiləri narkotik qaçaqmalçılığı cəhdlərinin qarşısını almaqda vaxtaşırı SEPAH və onun proksi qruplarının qarşısını alıblar.

Siyasi analitik Mahmud əl-Tahir deyir ki, bir çox hallarda digər yüklərdə, o cümlədən meyvələrdə gizlədilən qanunsuz narkotiklərin daşınması krallığın dəniz və hava limanlarında tutulub.

O, "Ancaq Səudiyyə limanlarında tonlarla narkotik aşkar etdikdən sonra krallığın gördüyü sərt tədbirlər SEPAH-ı Yəməndəki husilər vasitəsilə narkotik qaçaqmalçılığı əməliyyatlarını gücləndirməyə sövq etdi", - deyə bildirib.

Stopnarkotik.az