“İran ticarət gəmilərini pilotsuz uçuş aparatları və raket sistemləri ilə silahlandırır”.
Bu haqda İsrailin müdafiə naziri Yoav Qallant Tel-Əviv yaxınlığındakı Herzliyada keçirilən təhlükəsizlik konfransında verib.
Qallant İranın ticarət gəmilərini pilotsuz uçuş aparatları və raket sistemləri kimi hücum silahları, eləcə də inkişaf etmiş kəşfiyyat məlumat toplama imkanları ilə təchiz edilmiş döyüş gəmilərinə çevirmək strategiyası barədə ətraflı məlumat verib.
Yoav Qallant altı İran gəmisinin şəkillərini göstərib və bildirib ki, onlardan beşi terrorçuların üzən bazalarıdır:
“Onlardan biri bu yaxınlarda Ədən körfəzinə doğru istiqamət alıb. Tehran uzun müddət İrandan uzaqda qala biləcək terrorçular üçün üzən bazalar tikir. Bu, İranın Fars körfəzi və Ərəbistan dənizinə tətbiq etdiyi dəniz terrorizmi ilə birbaşa bağlıdır.
İran, həmçinin fəaliyyətini Hind okeanına, daha sonra isə Qırmızı dənizə, eləcə də Aralıq dənizinə qədər genişləndirməyə çalışır. Bu, hərbi və mülki, ticarət və hava yollarını təhdid etmək, eləcə də dəniz arenasında daimi təhlükə yaratmaq üçün nəzərdə tutulmuş strukturlaşdırılmış plandır”.