İyunun 2-i gecə saatlarında İlam əyalətinin Abdanan şəhərində keçirilən etiraz aksiyası zamanı qarşıdurma yaşanıb.
Bu barədə insan haqları təşkilatları və sosial media fəalları məlumat yayıblar.
Məlumata görə, aksiya zamanı hökumət məmurlarının açdığı atəş nəticəsində 10 nəfər yaralanıb.
Aksiyaçıların 21 yaşlı tələbə Bamşad Süleymanxaninin həbsdən buraxıldıqdan sonra həyatını itirməsinə etiraz etdiyi bildirilir.
Nümayişçilərin sözlərinə görə, etiraz aksiyalarına qoşulduğu üçün həbs edilən tələbəyə təhlükəsizlik təcridxanasında işgəncə edilib. Onun həyatını itirməsinə isə həbsxanada zəhərlənməsi səbəb olub.