İran ölkəyə sızmaq istəyən terrorçuların qarşısını aldığını bildirir

Ötən gün İranda təxribatçı işlər görmək məqsədilə Pakistanla sərhəddən ölkəyə sızmaq istəyən "Ceyş əl-Ədl" terror qruplaşmasının üzvlərinin qarşısı alınıb.

Bunu İranın Sərhəd Qoşunları komandanı Əhməd Əli Qudərzi deyib.

Ə.Qudərzinin sözlərinə görə, terrorçularla baş verən qarşıdurmada bir terrorçu öldürülüb, iki nəfər isə yaralanıb və onlar ərazidən qaçmağa məcbur olublar.

Qudərzi əlavə edib ki, terror qruplaşması üzvlərinə məxsus bir avtomobil saxlanılıb, avtomobildən çoxlu miqdarda silah-sursat götürülüb.

Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb./trend