İran mədəniyyət mərkəzinin rəhbəri olan Hizbullah döyüşçüsü həbs edildi

Suriya təhlükəsizlik xidməti İran Mədəniyyət Mərkəzinin rəhbəri Məhəmməd Səid əl-Feysəli Suriya-İraq sərhədindəki Əbu Kamal şəhərində həbs edib. Stopnarkotik.az xəbər verir ki, təhlükəsizlik orqanları onun Deyr əz-Zor əyalətində Culaninin başçılıq etdiyi hərbçilərə qarşı döyüşdüyü iddia edilən Hizbullah döyüşçüsü olduğunu bildirir.

Üsyançıların lideri Əl-Şara Əsədi məğlub etdikdən sonra deyib ki, onun hərəkatı İranın bölgədəki mövcudluğunu dayandırmağa nail olub.

Stopnarkotik.az