İrandakı molla rejimi silah və narkotik qaçaqmalçılığı üçün yalnız "Hizbullah" və digər muzdlu silahlı dəstələrdən istifadə etmir. Narkotik daşınması üçün eyni zamanda İŞİD tunellərindən də istifadə edir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "İran İnternational" saytında İŞİD-ə qarşı beynəlxalq koalisiyanın sözçüsü Selena Rodesin verdiyi müsahibədə bildirilib.
Müsahibədə deyilir ki, İranın dəstəklədiyi muzdlu döyüşçü dəstələri silah və narkotik maddələrin daşınması üçün İŞİD tunellərindən istifadə edir.
Saytda dərc edilən məlumata görə, İŞİD tərəfindən 2014-2017-ci illərdə İraqda salınan tunellərin bir qismi İrana bağlı silahlı qruplaşmalar tərəfindən silah və narkotik maddələrin daşınması üçün anbar və saxlanc məkanları kimi istifadə edilir.
Selena Rodes əldə olunan məlumatlar haqqında araşdırma aparacağına söz verib.
Stopnarkotik.az