Rusiyanın Çelyabinsk vilayətində məhkəmə Samara sakinini internetdə şərh yazdığına görə 5 il yarım müddətinə azadlıqdan məhrum edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə mətbuat xidmətindən məlumat verilib.
Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (“Terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa açıq bəraət qazandırmaq və ya terrorizmin təbliği”) maddəsi ilə təqsirli bilinib.
FSB əməkdaşları məhkumun saytlardan birində şərhini görüblər. Müstəntiqlərin fikrincə, orada terror fəaliyyətinə çağırışlar olub.