"İndi bu prosesdən keçirik..." - Kılıçdaroğludan istefa açıqlaması

CHP sədri Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərindəki məğlubiyyətdən sonra gündəmə gələn istefa məsələsi ilə bağlı danışıb.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, CHP lideri bu məsələnin partiyada müzakirə olunacağını deyib.

“CHP köklü bir partiyadır. CHP-də hər fikir asanlıqla dilə gətirilir, müzakirə edilir və bu prosesin sonunda partiyanın səlahiyyətli qurumları qərar verir. İndi bu prosesdən keçirik. Partiya Məclisində araşdırmalar, qiymətləndirmələr, müzakirələr aparılacaq və birlikdə qərar verəcəyik, ictimaiyyətlə bölüşəcəyik”, - Kılıçdaroğlu bildirib.

Mayın 28-də keçirilən ikinci tur seçkilərindən sonra CHP sədrinin susqunluğu da diqqət çəkirdi.