İki uşaq anası özünü tövlədə asdı

Sabirabadda 31 yaşlı qadın intihar edib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb. Nərimankənd kənd sakini, 1992-ci il təvəllüdlü Həsənova Samirə Nəsrulla qızı özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib. İki uşaq anası olan 31 yaşlı qadının intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.