Hərbi komissarlığa “molotov kokteyli” atan müəllim həbs edildi

Krımda hərbi komissarlığın binasına “Molotov kokteyli” atan rus dili və ədəbiyyat müəllimi həbs edilib.

 

“BAZA” “Telegram” kanalı xəbər verir ki, dindirilmə zamanı qadın “Telegram” hesabında naməlum kuratordan hərbi komissarlığı yandırmaq əmri aldığını bildirib.

Bundan sonra o, iyulun 29-da axşam saatlarında çantasından “Molotov kokteyli” çıxararaq binaya tərəf atıb. Kokteyl hədəfə çatmasa da, tökülən maddə asfalt və qadının ayaqqabılarını yandırıb. Qadın yerli sakinlər tərəfindən tutulub.