"Hizbullah"ın daha iki komandiri öldürüldü

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın iki komandirinin məhv edildiyini açıqlayıb.

Bu barədə İsrail ordusunun yaydığı press-relizdə qeyd olunub.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Hula bölgəsində İsrailin Kiryat Şmona istiqamətində yüzlərlə zenit raketinin buraxılmasına cavabdeh olan “Hizbullah”ın komandiri Əhməd Mustafa əl-Hac Əlini məhv edib.

Digər hücum zamanı Mays Cəbəl rayonunun raket idarəsinin komandiri Məhəmməd Əli Həmdanın da öldürüldüyü bildirilir. O, İsrailin şimal yaşayış məntəqələrinə bir çox tank əleyhinə raket hücumlarına rəhbərlik edib.