"Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 3-ü gündüz şimal və qərb rayonlarından başlayaraq avqustun 5-i gündüzədək hava şəraiti dəyişəcək".
Stopnarkotik.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, arabir leysan xarakterli yağış yağacaq, əsasəsn dağlıq və dağətəyi rayonlarda yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.