Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Danışıq zamanı nazir Fidan ABŞ-ın müttəfiq ölkə olaraq Suriyanın şimalında terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırması lazım olduğunu birmənalı şəkildə həmsöhbəti Blinkenin diqqətinə çatdırıb. Eyni zamanda, Türkiyənin İraq və Suriyada terrorla mübarizə əməliyyatlarının qətiyyətlə davam edəcəyini qeyd edib.
Bundan əlavə, Türkiyənin bölgədə davam edən əməliyyatları çərçivəsində İraq və Suriyadakı Amerika qüvvələri arasında mövcud olan qarşıdurmalara qarşı mexanizmi də gündəmə gətirilərək, onun effektiv işləməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin Türkiyə PUA-sının vurulması kontekstində bu mexanizmin Türkiyənin terrorla mübarizəsinə mane olmayacaq şəkildə işləməsinə dair razılıq əldə olunub.
Danışıq zamanı NATO-nun genişlənməsi məsələsi də müzakirə olunub.