Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan İsmayılov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.