Hacıqabul sakini özünü bıçaqlayıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1990-cı il təvəllüdlü Zabil Mətləb oğlu Qarayev özünə bıçaqla ağır xəsarət yetirib. Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı əməliyyat olunub.
Onun hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.