Gürcüstanın Daxili İşlər Nazirliyi belçikalı həmkarlarına ton yarımdan çox heroinin ələ keçirilməsində köməklik edib.
Stopnarkotik.az xəbər verir ki, Belçika polisi Antverpen limanında görünməmiş miqdarda-1 ton 660 kq heroin müsadirə edib. Bunu Gürcüstanın Mərkəzi Kriminal Polis Departamentinin rəhbəri Teimuraz Kupatadze brifinqdə bildirib.
Kupatadze qeyd edib ki, Gürcüstan Daxili İşlər Nazirliyi transmilli və mütəşəkkil cinayətkarlıqla mübarizədə tərəfdaş ölkələrlə fəal əməkdaşlıq edir.
Stopnarkotik.az