Gürcüstanda “oğru dünyası” ilə əlaqədə olan 3 nəfər saxlanılıb.
Stopnarkotik.az Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata istinadla bildirir ki, təqsirləndirilən şəxslərdən ikisi arasında pul səbəbindən mübahisə yaranıb. Mübahisənin həlli üçün şəxslərdən biri “oğru dünyası”nın üzvünə müraciət edib.
Nəticədə "oğru dünyasına" mənsub kriminal sima mübahisəli məbləğ tam ödənilənə qədər tərəflərdən birinə hər ay digər tərəfə müəyyən məbləğdə pul verməyi tapşırıb, həmçinin zərərçəkmişi hədələyib.
Saxlanılanları 10 ilə qədər həbs gözləyir.
Stopnarkotik.az