Gürcüstanda 37 milyon lari dəyərində narkotik məhv edilib

Gürcüstanda aparılan müxtəlif istintaq tədbirləri zamanı qanunsuz dövriyyədən müsadirə edilmiş təxminən 700 kiloqram narkotik maddəni məhv edilib. Onların qara bazar dəyəri 37 milyon laridən çoxdur.

Stopnarkotik.az bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

"Məhkəmə Ekspertizası Departamentinin əməkdaşları xüsusi, müasir, yüksək temperaturlu yandırma sobasında xüsusilə çoxlu miqdarda müxtəlif növ narkotik maddələri, o cümlədən heroin, kokain, alfa-PVP, klefedron, MDMA, buprenorfin, tramadol, diazepam, kodein, metadon və kannabisi məhv ediblər. Psixotrop maddələr və yeni psixoaktiv maddələr də məhv edilib." Mövcud qanunvericiliyə uyğun olaraq, Baş Prokurorluğun və Əmək, Səhiyyə və Sosial İşlər Nazirliyinin nümayəndələri müasir ekoloji standartlara uyğun olaraq həyata keçirilən narkotik maddələrin məhv edilməsi prosesində daimi komissiyanın üzvləri olan Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə iştirak ediblər", - deyə Gürcüstan DİN-nin açıqlamasında bildirilir. 

Stopnarkotik.az