Gürcüstan baş naziri: Qəsdən adam öldürməyə görə cəza artırılsın

Gürcüstanın baş naziri ölkədə qəsdən adam öldürməyə görə cəzanın artırılmasına çağırıb.

Bu günə qədər Gürcüstanda ağırlaşdırıcı hallar olmadan törədilən qəsdən adam öldürmə 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

"Şəxsən mən cəzanın sərtləşdirilməsinin tərəfdarıyam. Bu, çox həssas və çətin məsələdir, lakin hesab edirəm ki, Cinayət Məcəlləsində qəsdən adam öldürməyə görə nəzərdə tutulan sanksiyalar kifayət deyil", deyə İrakli Kobaxidze bildirib.

2024-cü ildə qəsdən adam öldürmə faktı üzrə 31 cinayət işi açılıb. Belə cinayətlərin açılması 90 faizə yaxındır. 

Stopnarkotik.az