Güneyli idmançıya verilən ölüm cəzası dəyişdirildi - FOTO

İranda güneyli idmançı Səhənd Nurməhəmmədzadəyə ağır həbs cəzası verilib.

Stopnarkotik.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, idmançı ölkədə 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarında iştirakına görə həbs olunub.

Səhənd Nurməhəmmədzadənin vəkili Həmid Əhmədi Ali Məhkəmənin müvəkkili barədə çıxarılan əvvəlki ölüm hökmünü altı il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzasına dəyişib. Həmçinin vəkil Ali Məhkəmənin iki fərqli hökm çıxarmasına təəccübünü bildirib.