FETÖ lideri Gülən yaratdığı çarxın pozulmaması üçün bacısı qızlarını təşkilat daxilində rəhbər işçilərlə evləndirib. Gülən qohumluq əlaqələri sayəsində təşkilatın pullarını istədiyi kimi xərcləyə bilib.
Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən dünyasını dəyişsə də, təşkilat daxilində çəkişmələr bitməyib. İllərlə gizlətməyə çalışdıqları həqiqətlər üzə çıxmağa başlayıb. Məlum olub ki, FETÖ daxilində olanlar əslində dini dəyərlərə deyil, təşkilatın pul gücünə pərəstiş ediblər.
Gülənin kürəkənləri kimlərdir?
Əkrəm Dumanlı Gülənin ən yaxın iş adamlarından olan İzzet Akyarın keçmiş kürəkənidir. Əkrəm Dumanlı Gülənin ən yaxşı kürəkənlərindən sayılır. Əkrəm Akyarın qızı ilə ayrıldıqdan sonra özündən 17 yaş kiçik Esra Dumanlı ilə ailə həyatı qurub.
Cevdet Türkyolu Gülənin kürəkənlərindən biridir. O, Fətullah Gülənin qardaşı Seyfullah Gülənin qızı Mebrüke Türkyolu ilə evlidir. Cevdet 2023-cü ildə qurumun İcraiyyə Komitəsinə təyin edilib. Son 30 ildə təşkilatın lideri Gülənin ən yaxın adam olub.
Cevdet Türkyolu o qədər güclü olub ki, “Herkul.org” saytının keçmiş koordinatoru və Gülənin keçmiş şəxsi katibi Osman Şimşekin Pensilvaniyadan göndərilməsinə şərait yaradıb. Bu yolla o, “Herkul.org” saytını idarə etmək və Gülənin şəxsi katibi vəzifəsini yerinə yetirmək üçün başqa bir kürəkənin təyin olunmasını təmin edib. Həmin şəxs onun öz kürəkəni Məhəmməd Yeşilyurtdur.
Adem Kalaç Seyfullah Gülənin qızı Hansa Zeynep Kalaç ilə evlidir. Həm də Gülənin yetişdirdiyi şəxslərdəndir. O, həmçinin ABŞ-dan yayımlanan “EbruTV”nin baş redaktoru vəzifəsində çalışıb. 2023-cü ildə formalaşan qurumun İcraiyyə Komitəsinə təyin edilib.
Ahmet Kuruçan Gülənin qardaşı qızı Məsih Gülənin qızı ilə evlidir. Bir müddət ABŞ-da bizneslə məşğul olub, lakin işləri uğursuz olub. O, həm də təşkilatın fiqh üzrə səlahiyyətli şəxslərindən biri kimi qəbul edilir./publika.az