Göygöldə evdə qadın meyiti tapıldı

Göygöldə evdən 86 yaşlı qadının meyiti aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

1939-cu il təvəllüdlü Q.Abbasovanın meyiti yaşadığı ünvanda aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.