ABŞ-ın Arizona ştatında "Goodvill" qeyri-kommersiya təşkilatına edilən ianələr arasında insan kəlləsi tapılıb.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Feniksdə fəaliyyət göstərən mağazada ianə qutusunda insan kəlləsi aşkar edən işçilər polisə müraciət ediblər.
Mağazaya gələn polislər kəlləni müayinə üçün götürüb. Üst çənədəki bəzi dişlərin hələ də yerində olması, kəllə sümüyünün ləkələrlə örtülmüş sol göz yuvasına saxta gözün qoyulması diqqət çəkib.
Polis sözçüsü Lisa Berry bildirib ki, ofisdə aparılan ilkin müayinədə kəllə sümüyünün kifayət qədər köhnə olduğu bəlli olub. Belə ki, kəllə sümüyünün heç bir cinayətlə əlaqəsi olmadığı açıqlanıb.
Kəllə sümüyünün kimə aid olduğu hələ də bilinmir. Müayinədən sonra aqibətinin necə olacağı hələ müəyyən edilməyib.