Goranboy sakininin yaşadığı evdə ölməsi faktı üzrə cinayət işi açılıb.
Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, oktyabrın 30-da Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə sakini Səməndər Həsənovun yaşadığı evdə ölməsi faktı üzrə Xocalı rayon prokurorluğunda CM-in 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.