Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə qarpız" yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən açıqlama verilib.
Məlumata görə, kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.
Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az