“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 16 fevral 2024-cü il tarixində Siyəzən rayon Gənclər evində “Gəncliyin bəlası narkomaniya: necə xilas olmalı” adlı tədbir keçirib.
Tədbiri giriş sözü ilə Siyəzən RİH-nin məsul əməkdaşı Aqil Əbdulov açaraq qonaqları salamladı və layihənin məqsədi haqqında məlumat verdi. Təşkilatın icraçı direktoru Tələt Qəribov narkomaniyanın yayılma səbəbləri, onun fəsadları, bu bəladan xilas olma yolları haqqında geniş məlumat verdi. Siyəzən RPŞ-nin əməkdaşı Elşən Abbaszadə rayonda bu sahədə görülən proflaktik tədbirlərdən danışdı və gənclərə narkotiklərdən, hətta siqaretdən belə uzaq durmalarını tövsiyə etdi. O, qeyd etdi ki, narkotik istifadə edənlər həm də gələcəyin potensial cinayətkarlarıdır. Belə ki, onlar narkotik əldə etmək üçün oğurluq, hətta qətl törədirlər.
Rayon Gənclər Evinin müdiri Nərmin Nəbiyeva rayonda gənclər üçün yaradılmış şəraitdən, onların asudə vaxtlarında keçirdikləri tədbirlərdən danışdı.
Rayon xəstəxanasının həkimi Aytəkin Rüstəmova narkotikanın insanların sağlamlığına vurduğu ziyandan danışdı.
Rayon 3 saylı məktəbin müəllimi Elman Məmmədov, 5 saylı məktəbin müəlliməsi Xatirə Həsənova mövzu ilə bağlı öz fikirlərini bildirdilər və məktəblərdə bu mövzuda aparılan maarifləndirici tədbirlərdən danışdılar.