Gəncədə DƏHŞƏT: qardaş bacısını “Instagram”a girdiyinə görə öldürdü - YENİLƏNİB-1

Gəncədə qadın qətlə yetirilib, cinayət işi açılıb.

Bu barədə Stopnarkotik.az-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***08:54

Gəncədə baş verən qətlin bəzi təfərrütı məlum olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb.

O, bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.

***08:42

Gəncədə qardaş bacısını qətlə yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.