Gəncədə baş verən qətl hadisəsi ilə bağlı prokurorluqdan AÇIQLAMA / YENİLƏNİB - 2

İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan Stopnarkotik.az-a bildirilib ki, araşdırmalarla 1988-ci il təvəllüdlü Hikmət Mamedovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Bəxtiyar Heydərova xəsarət yetirməsinə və sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Hikmət Mamedov şübhəli şəxs qismində tutulub.  

Hazırda ibtidai istintaq davam edir.

***23:57

İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B.Heydərovu ov silahı ilə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

***20:54

Gəncədə Kəlbəcər sakinini güllələnib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması və müalicə aldığı xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla hadisəni törədən şəxsin Kəlbəcər rayon sakini H.Mamedov olması müəyyən olunub. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.