Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü P.Rzayev qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.Xəstənin yarası tikilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
44 yaşlı kişinin hansı səbəbdən bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.